10 iyul 2023 at 17:46
Jurnalist kodu: 5387
Xəbər kodu: 85165769
T T
0 Persons

Tags

Bayden Ukraynaya kaset bombaları göndərməsini əsaslandırarkən hərbi sirləri açıb

Tehran – İRNA - ABŞ prezidenti Co Bayden canlı televiziya müsahibəsində öz administrasiyasının Ukraynaya kaset bombaları göndərmək barədə mübahisəli qərarını əsaslandırmağa cəhd edərkən ölkəsinin hərbi sirlərini açıb və bu hərəkətinə səbəb kimi Amerikada 155 mm-lik güllələrin olmamasını göstərib.

İRNA-nın bazar ertəsi “ Fox News ”-a istinadən verdiyi məlumata görə, Co Bayden administrasiyasının Ukraynaya kasetli sursat göndərmək qərarı ilə bağlı mübahisələrin qızğın vaxtında ABŞ prezidenti müsahibəsində ABŞ-da 155 mm-lik güllə çatışmazlığını açıqlayıb. Bu mövzu bir çox mənfi reaksiyalara səbəb olub və canlı yayımda hərbi sirlərin niyə açıldığına dair suallar doğurub.


Bayden dünən (bazar günü) CNN xəbər şəbəkəsinə verdiyi müsahibədə öz hökumətinin keçid dövrü olaraq Ukraynaya kaset bombaları göndərmək qərarını müdafiə edib və ABŞ-ın 155 mm-lik artilleriya mərmiləri baxımından çatışmazlığı olduğunu bildirərək deyib: “Bu növ döyüş sursatlarının göndərilməsi digər döyüş sursatlarının hazırlanmasına qədər davam edəcək.”


Bayden əlavə edib: “Bu müharibədə sursat vacibdir və onların (ukraynalıların) sursatları tükənir. Özümüzdə də sursat çatışmazlığı var. Ona görə də mən sonda Müdafiə Nazirliyinin tövsiyəsini qəbul etdim və bu vəziyyət daimi olmayaq.”


Bayden, digər silahlar hazır olana qədər kaset bombalarının göndərilməsini nəzərdə tutur.


Amma bu açıqlamalardan sonra sosial mediada reaksiyalar başlayıb və bu ölkə prezidentinin canlı televiziyada Amerikanın hərbi sirlərini açıqlaması ekspertləri şoka salıb.


Mühafizəkar köşə yazarı və analitik Steve Guest, Baydenin açıqlamasından sonra Twitter səhifəsində yazıb: “Amerika prezidentinin CNN-ə gedib hər kəsə silahımızın az olduğunu dediyi zamanın aşiqiyəm. Co Bayden dünyaya Amerikanın 155 mm-lik güllələrin çatışmazlığı olduğunu elan etdi. “Axmaq”. Çindəki düşmənlərimizin bu sözləri eşitməsi Bayden üçün əhəmiyyət kəsb etmirmi?”


“ Washington Examiner ” xəbər şəbəkəsinin yazarlarından biri Bayron York da Baydenin sözlərinə cavab olaraq yazıb: “Prezidentin CNN-ə müsahibəsində dediyi sözləri o qədər də aydın deyil. Lakin belə görünür ki, ABŞ-ın Ukraynaya kaset sursatlarını verməsinin səbəbi kimi 155 mm-lik mərminin bitdiyini göstərir.”


Bayron daha sonra vurğulayıb ki, bu cür bəyanatların ABŞ-ın müdafiəyə hazırlığına təsir etməsi çox aydındır.


Texnoloji sahə üzrə sahibkar David Sacks da bununla bağlı tvitdə yazıb: “Bu proxy müharibənin məqsədi Rusiyanı zəiflətmək idi, amma Amerikanın döyüş sursatı tükənib. İndi kim kimi zəiflədir?”


2024-cü il prezident seçkilərində Demokratların namizədi Robert Kennedi də tvitində Baydenin Ukraynaya kaset bombaları göndərmək qərarını tənqid edib: “Keçən il Ağ Evin (sabiq) sözçüsü Cen Psaki kaset bombalarından istifadəni müharibə cinayəti adlandırmışdı. Amma indi prezident onları Ukraynaya göndərməyi planlaşdırır. Daimi gərginliyə son qoyun. Sülhün vaxtı çatmışdır.”

Sizin rəyiniz

You are replying to: .